Əgər ailədə kişi və ya qadın İslam dinindən çıxıb başqa dinə keçırsə, ailənin taleyi necə olacaq?
İslam dinində olan bir adam bu dini atıb başqa dinə keçsə, mürtəd sayılar. O, müsəlman ikən malik olduğu bütün hüquqlardan məhrum olar. O cümlədən, müsəlman ikən bağladığı nikahlar da qüvvədən düşər. Yəni əri mürtəd olmuş qadın və ya arvadı mürtəd olmuş kişi avtomatik olaraq boşanmış sayılır. Boşanmanı hər hansı dini ayinlə (yəni təlaqla) təsdiq etməyə ehtiyac yoxdur. Əri İslamdan dönən qadın bu andan etibarən ərsiz sayılır, əri ölmüş qadın kimi 4 ay 10 gün müddətində “vəfat iddəsi” saxlayır. 4 ay 10 gün ərzində əri yenidən İslama qayıtsa, kəbinləri bərpa edilir, qayıtmasa – pozulmuş sayılır. Bu müddət bitdikdən sonra qadın başqasına ərə gedə bilər.