Plastik əməliyyat etdirməyə icazə verilirmi?
Əgər insanın bədənində hər hansı nöqsanı varsa və bu nöqsan onun normal həyatına mane olursa, bu halda plastik əməliyyat etdirməyə icazə verilir. Məsələn, bir qızın burnu əyridir və bu nöqsan onun ailə həyatı qurmasına mane olur. Və yaxud bir nəfərin əlində altı barmağı var və camaat arasında buna görə utanır. Bu hallarda haram işlərə yol verməmək şərti ilə əməliyyat etdirmək olar. Haram işlər deyərkən, əməliyyat zamanı naməhrəmin baxması və əl vurması kimi hallar nəzərdə tutulur. Amma əgər plastik əməliyyatın məqsədi bilavasitə haram olsa, buna icazə verilmir. Məsələn, bir qadın yaraşıqlı görünmək üçün dodaqlarını şişirdirsə, bu, naməhrəmlərin də görməsinə və fəsad yaranmasına səbəb olduğu üçün haramdır.