İmam Səccadın (ə) pis xasiyyətlərdən uzaqlaşmaq üçün oxuduğu dua
(İlahi) Varlılarla fəxr etməkdən, yoxsulları təhqir etməkdən, rəhbərliyim altında olanlara qarşı səhlənkarlıq etməkdən, mənə yaxşılıq edənə qarşı nankor olmaqdan, zalıma yardım etməkdən yaxud məzlumu tənha qoymaqdan, haqqımız olmayan şeyə sahib çıxmaqdan, bilmədiyimiz şey haqda danışmaqdan Sənə pənah gətiririk!
(Allahummə inni əuzu bikə min) mubahatil-mukəssirin, və-izrail-muqillin və suil-vilayəti limən təhtə əydina və tərkiş-şukri limən istanəal-arifətə indina av ən nədudə zalimən av nəxzulə məlhufən av nəruma ma leysə ləna bihaqqin av nəqulə fil-ilmi biğayri ilmin)
(Səhifeyi-Səccadiyyə, 8-ci dua.)