“İləllah” və “illəllah” sözlərinin fərqi varmı, yoxsa bunlar eyni mənanı bildirir?
Ərəb dilində “iləllah” – “Allaha doğru, Allaha sarı” mənasını verir. “İlləllah” isə “Allahdan savayı” deməkdir. Məsələn, namazın niyyətində “qürbətən iləllah” deyirik, yəni “Allaha yaxın olmaq qəsdi ilə”. Amma kəlmeyi-şəhadətdə “la ilahə illəllah” deyilməlidir, yəni “Allahdan savayı məbud yoxdur”.