Martın 20-də Gürcüstan Ombudsmanı Sozar Subari Marneulidə fəaliyyət göstərən "Əhli-Beyt" cəmiyyətinin nümayəndələri ilə görüşüb. Gürcüstan Ombudsmanı soydaşlarımızı Novruz bayramı münasibəti ilə təbrik edib, onlara əmin-amanlıq, xoşbəxtlik arzulayıb.
"Əhli-Beyt" cəmiyyətinin sədri Rasim Məmmədov cəmiyyətin gördüyü işlər barədə Müvəkkilə məlumat verib.
Cəmiyyətin mətbu nəşri olan "Əhli-Beyt" jurnalının yeni nüsxələri Ombudsmana təqdim edilib. // APA