Boynunda qəza orucu olan şəxs müstəhəb və nəzir orucu tuta bilərmi?
Boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Gərək əvvəlcə qəza oruclarını bitirsin, ondan sonra müstəhəb oruc tutsun. Çünki qəza oruclarını tutmaq ona vacibdir və o, buna görə cavabdehdir. Müstəhəb oruc tutmaq isə onun vacib vəzifəsi deyil, istəsə tutar, istəməsə yox. Nəzir orucu da insanın vacib borcu sayılır. Bunu yerinə yetirməsə, yəni nəzrinə əməl etməsə, günah qazanar. Buna görə nəzir orucu olan adamın da əvvəlcə nəzir orucunu tutub, sonra müstəhəb oruclara keçməsi lazımdır.