Roma papasını görmək istəyən iki gənc basabasda ölüb
Anqolanın paytaxtı Luandada basabasda 2 adam ölüb, azı 8 nəfərsə xəsarət alıb. Hadisə Roma Papası 16-cı Benediktin stadionda çıxışına az qalmış qapıları açarkən baş verib. Vatikanın sözçüsü papanın hadisədən dərin kədərləndiyini deyir.