Bir gün materialist düşüncəli tələbə dərs əsnasında dindar müəllimini ələ salmaq məqsədilə deyir:
- Müəllim, siz deyə bilərsiniz Allah haradadır? Əgər Allahı mənə göstərsəniz, mən ona ibadət edəcəm. Onu görməsəm Ona ibadət etmərəm.
Şagirdin sualını dinləyən müəllim bir az sakit qalır və heç bir şey demədən yavaş-yavaş sinifin axırına gedir. “Məni görə bilirsənmi?” deyə soruşur.
Gənc cavab verir:
- Xeyr müəllim, arxam sizə tərəf olduğu üçün sizi görə bilmirəm.
Müəllim tələbənin yanına gələrək, ona diqqətlə baxaraq deyir:
- Arxanı Allaha çevirdiyin müddətdə Allahı görməyin mümkün deyil!