Bu gün Bakıda Məhəmməd peyğəmbərin (s.ə.s) mövluduna həsr olunmuş tədbir keçirilib. Mərasim "Təbliğ" İslam Xeyriyyə Vəqfinin təşəbbüsü ilə baş tutub.
Tədbirdə elmlər doktoru, ilahiyyatçı alim Şahin Əhməd Seyid Əli İmadəddin Nəsiminin Məhəmməd peyğəmbərə (s.ə.s.) həsr etdiyi "Əfəndi" şerini, Mirrəsul Əzimbəyli isə özünün yazdığı "Gül üzlü Peyğəmbərim" şerini oxuyublar. Bundan əlavə, Məhəmməd peyğəmbərdən (s.ə.s) bəhs edən hekayələr səslənib, onun ruhuna dua oxunub.
Sözügedən tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin dini məsələlər və təhsil üzrə müşavirləri Müzəffər Şahin və Halis Koyuncu, Cənclərə Yardım Fondunun prezidenti Əhməd Tecim, "Təbliğ" Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimbəyli, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu, şaQəşəm Nəcəfzadə və başqaları iştirak ediblər. // lent.az