Həzrət Məhəmməddən (s) əvvəlki peyğəmbərlərin də vaxtında namaz qılmaq əmri olubmu?
Bəli, ibadət bütün peyğəmbərlərin zamanında olub. Şəriət qaydalarının xırdalıqlarında fərqlər ola bilər, amma namaz, oruc, həcc, zəkat kimi göstərişlər bütün peyğəmbərlərin şəriətində var idi. Məsələn, Həzrət İbrahim Peyğəmbərin (ə) də zamanında həcc əmri qüvvədə idi. Həmçinin, Quranda buyurulur: “Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də:) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik” (Bəqərə, 125). Ayədən göründüyü kimi, Həzrət İbrahimin (ə) vaxtında da rüku və səcdə ilə namaz qılınırmış.