Namazın təkbirlərini deyərkən hərəkət etmək olarmı?
Cəfəri məzhəbinə görə, namazın bütün zikrləri sakitlik halında deyilməlidir. Yəni bədən aram halda olmalı, təkbir deyilib qurtardıqdan sonra o biri əmələ keçilməlidir. Yalnız rükəti bitirib ayağa qalxarkən deyilən “Bi-hovlillahi və qüvvətihi əqumu və əq’ud” cümləsini hərəkətdə söyləmək lazımdır. Amma əhli-sünnə məzhəbində bütün müstəhəb təkbirlər hərəkət halında söylənilir. Yəni məsələn, şiələr qiraəti oxuduqdan sonra aram halda təkbr deyib rükuya gedirlər, rükudan qalxandan sonra aram halda təkbir deyib səcdəyə əyilirlər və s. Sünnilər isə rükuya, səcdəyə əyilərkən və qalxarkən təkbir söyləyirlər.