Qadın dəstəmaz alan zaman üzük və sırğalarını çıxarmalıdırmı?
Dəstəmaz zamanı yuyulan və məsh çəkilən bədən üzvlərinin su ilə islanmasına mane olan bütün əşyalar çıxarılmalı və ya maneə aradan qaldırılmalıdır. Barmaqda üzük olduğu halda dəstəmaz almaq olmaz. Çünki dəstəmaz zamanı dirsəkdən barmaqların ücüna kimi bütün qol islanmalıdır. Amma əgər üzüyü barmaqda hərəkət etdirməklə bütün barmağı yumaq mümkündürsə, bunu etmək olar. Sırğaya gəlincə, dəstəmaz zamanı sifəti bir qarış enində (baş barmaqla orta barmaq arası qədər) yumaq vacibdir. Bu zaman qulaqlar kənarda qalır. Buna görə də qulaqda sırğa ola-ola dəstəmaz almağa icazə verilir.