Məşhur riyaziyyatçıdan "insanlara dəyər vermək" haqqında soruşurlar. O cavab verir:
Əgər insan xoş əxlaqlıdırsa, ona “1” bal verirəm. Əgər o insan həm də zahiri gözəldirsə, "1"in yanına bir sıfır artırıram və ona 10 bal verirəm. Əgər bu şəxsin əsli-nəsəbi məşhurdursa, o zaman 1 rəqəminin yanına daha bir sıfır da artırıram və 100 bal verirəm. Əgər bu şəxs həm də zəngindirsə, bu zaman bir sıfır daha artırıb ona 1000 bal verirəm.
Lakin bu sıfırların qarşısındakı "1" rəqəmi olmasa, yerdə qalan sıfırların bir (000) mənası qalmır. Xoş əxlaqı olmayan insanların digər bütün dəyərləri qarşısından 1 rəqəmi götürülmüş sıfır yığınına bənzəyir.