Şahmat oyununun yaranması ilə bağlı yayılan məlumatlardan biri və daha mənalısı budur ki, qədim zamanlarda Hindistanın zalım bir hakimi var imiş. Xalqına zülm edən, insanları günahsız yerə öldürən, qulluqçularını insan hesab etməyən bu şahın oyunlara marağı var imiş.

Şahın sarayında işləyən rahiblərdən biri şah üçün yeni bir oyun aləti düzəldib gətirir. Rahib şahmat adlandırdığımız bu alətin qaydalarını şaha öyrədir və elə ilk oyun da rahiblə şah arasında keçirilir. Oyunu icad edən rahib sonda şahı məğlub edir. Və o, dili ilə çatdırmaqdan qorxduğu mesajı oyunla şaha çatdırmış olur. Belə ki, o, şaha sonda deyir ki, güclü bir hakimiyyətin qaynağı xalqdır. "Şah"ın ətrafından "fiqurlar" azaldıqca, şah zəifləyər və sonda "mat" olar. Buna görə də şah gərəy ölkəsinin əhalisinin və qulluqçularının qədrini bilsin.