Bir gün şah Abbas vəzirindən soruşur:
- Vəzir, ölkənin iqtisadi vəziyyəti nə yerdədir?
Vəzir cavabında deyir:
- Şah sağ olsun, ölkənin iqtisadi vəziyyəti çox yaxşıdır. Bu il bütün pinəçilər Məkkə ziyarətinə getdilər.
Bir qədər fikirləşən Şah əsəbi şəkildə deyir:
- Axmaq! Ölkənin iqtisadi vəziyyəti yaxşı olsaydı, ayaqqabı satanlar Məkkəyə gedərdi, pinəçilər yox. Demək ki, xalqın ayaqqabı almağa imkanı yoxdur, təkrar-təkrar təmir etdirirlər.
Bu dialoqdan sonra Şah əhalinin rifahını yaxşılaşdırmaq üçün yeni qərarlar qəbul edir və xüsusi göstərişlər verir.