Bir gün gənc Mahatma Qandi qatara çatmaq üçün sürətlə qaçır.
Qatara çatıb qalxdığı an ayaqqabısının bir tayı relslərin üzərinə düşür. Bunu görən Qandi dərhal ayağındakı digər ayaqqabını qatardan atır. Dostları təəccüblənərək ondan bu hərəkətinin səbəbini soruşurlar.
“Düşündüm ki, ayaqqabımın bir bir tayını kasıb bir nəfər tapsa, ona heç bir fayda verməyəcək. Ona görə o biri tayını da atdım ki, istifadə edib faydalana bilə”.