Qurban kəsərkən qanını alına sürtmək doğrudurmu?
Bu adətin dinlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, xalq içində mövhumatdan yaranan bəzi adətlər mövcuddur. Qurbanlıq heyvanın qanını alına (xüsusilə, uşaqların alnına) sürtmək adəti də mövhumat və xurafatdır. Üstəlik, şəriətimizə görə, qan – istər insan qanı olsun, istərsə də qanı fışqıraraq çıxan bütün heyvanların qanı olsun – murdar sayılır. Bu qan hara dəysə, yuyub pak etmək lazımdır. Necə ola bilər ki, murdar sayılan qanın bədənə sürtülməsinə dinimiz icazə vermiş olsun?