Hamilə qadın uşaq dünyaya gətirərkən ölsə şəhid sayılırmı?
Şəhidlik uca məqamdır. Bu məqama yalnız öz canını qurban verməklə və öz qanını axıtmaqla nail olmaq mümkündür. Amma bəzi əməllər də var ki, onları edən şəxsə şəhidin savabına oxşar savab verilər. Yəni bu adamların savabı adi insanların və adi ölülərin savabı kimi deyil, daha üstündür. Bu savabı yalnız şəhidlərin savabı ilə müqayisə etmək olar. Ona görə bəzi hədislərdə hamilə qadınların, elm öyrənərkən vəfat edənlərin və başqa şəxslərin şəhid qədər savab qazandıqları vurğulanır.