Misir prezidenti Hüsnü Mübarəkin sədri olduğu İslam İşləri üzrə Ali Şuranın "İslam fikrinin yeniləşdirilməsi" adlı konfrans martın 5-8-də Misirdə keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) çərşənbə günü yayılan məlumatında bildirilir.
Xatırladaq ki, QMİ sədri Ali Şuranın üzvüdür. Paşazadə konfransda qloballaşma dövrünün zərərli təsirlərinin qarşısının alınması və dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə məruzə ilə çıxış edəcək.