POPULYARXƏBƏRLƏR

"Əbu Bəkr"dəki partlayışla bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Azərbaycan paytaxtında yerləşən "Əbu Bəkr" məscidində baş vermiş partlayışla bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev bildirib.

Babayevin sözlərinə görə, ötən il avqustun 17-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Əbu Bəkr" adı ilə tanınan "Cümə" məscidində baş vermiş terrorçuluqla əlaqədar MTN-in İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işinin ibtidai istintaqı bitib.
Qeyd edək ki, Faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

2008-ci il avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının Dini İcmasının fəaliyyət göstərdiyi "Əbu Bəkr" məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu terror aktının qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" tərəfindən törədildiyi bildirilib və hadisədə təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Babayev deyib ki, hazırda təqsirləndirilən şəxslər vəkillərinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olurlar.

Babayev cinayət işi üzrə bir neçə nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunduğu barədə məlumat verməyib. Nərimanov rayon dindarlarının Dini İcmasının nümayəndəsi, vəkil Cavanşir Süleymanov isə bildirib ki, iş üzrə zərərçəkmişlərin vəkili kimi cinayət işinin materialları ilə tanış olmaq üçün o, istintaqa dəvət olunub. Vəkilin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyindən göndərilən məktubda cinayət işinin fevralın 26-da yekunlaşdığı qeyd olunub.

Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Nərimanov rayon dindarlarının Dini İcması məscidin fəaliyyətinin bərpası ilə bağlı məhkəməyə müraciət edib.
Dini İcmanın Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə ötən il oktyabrın 27-də "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.

Bundan sonra Nərimanov rayon Polis İdarəsi "Əbu Bəkr" məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edib. Məhkəmə Polis İdarəsinin iddiasını təmin edərək, yenidən məscidin fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi də Nərimanov rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. // Trend



Yerləşdirilib:4 Mart, 2009  17:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com