Məhəmməd peyğəmbərin mövludu günü Çeçenistanda anadan olan hər uşağın ailəsinə 50 min rubl pul veriləcək. Bu barədə jurnalistlərə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.
Bu pullar Əhməd Kadırov adına regional ictimai fondun hesabından ödəniləcək. Ramzan Kadırov valideynlərdən həmin gün anadan olan oğlan uşaqlarına Məhəmməd adı qoymalarını rica edib. Məhəmməd peyğəmbərin mövludu günü ölkədə 10 min nəfər imkansız şəxsə 5 min rubl yardım göstəriləcək.