Rusiyanın Kazan şəhərində "Süleyman" məscidində görmə qabiliyyətini itirmiş insanlara Quran öyrədilir. 2006-cı ildən fəaliyyət göstərən kurslara Rusiya Federasiyasının hər yerindən tələbələr gəlir.
Kursları təşkil edən "Yardım" İslam Xeyriyyə Fondunun rəhbərlərindən biri olan İldar Bəyazidov bildirib ki, kursların məqsədi kor tələbələrə barmaqların vasitəsilə Quran oxumağı öyrətməkdən başqa, həm də onlara kompüterdə işləməyi öyrətməkdir. Bundan əlavə, tələbələrə həmçinin depressiyadan çıxmaq üçün psixoloji yardım da göstərilir. Kursun tələbələrindən biri olan - 1995-ci ildə müharibədə gözlərini və bir qolunu itirmiş çeçen Adam Səlimov hətta "Qoca Çeçen" adlı kitab da yazıb. İ.Bəyazidov həmçinin deyib ki, bütün tələbələrə "Quran" vermək mümkün deyil. Çünki Brayl şrifti ilə yazılmış "Quran"ın bir nüsxəsinin qiyməti 20 min rubldur. // QayNar