Quranda niyə namaz qılmaq qaydaları və sair məsələlər yazılmayıb?
Quran İslam dininin əsaslarını, əqidə prinsiplərini, əxlaq normalarını, şəriətin kökünü bəyan edən kitabdır. 6000-dən bir qədər çox ayəsi olan kitabda təbii ki, bütün şəriət hökmlərinin xırdalıqlarını vermək həm mümkün deyil, həm də buna ehtiyac yoxdur. Əgər Quranda namaz qılmağın bütün qaydaları yazılsaydı, gərək orucun, həccin, xümsün, zəkatın, yeyib-içməyin, izdivacın, ticarətin, irsin, məhkəmə hökmlərinin və sairənin də bütün xırdalıqları yazılaydı. Halbuki, bu halda Quran həddən artıq iri həcmli olardı, onu oxumağa hövsələ çatmazdı. Quran hər şeyin məğzini bəyan edir. Məsələn, Quranda buyurulur ki, namaz qılın. Amma necə qılmağın qaydası Peyğəmbərin sünnəsində göstərilir. Peyğəmbər ona görə 23 il ərzində insanların arasında yaşadı ki, Quranın hökmlərini onlara açıqlasın.