POPULYARXƏBƏRLƏR

"Mədh Kilsəsi" Dini İcması çadırda fəaliyyət göstərir

Azərbaycanda fəaliyyət göstərən "Mədh Kilsəsi" Dini İcması Xətai rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsini məhkəməyə verib. Lent.az-ın məlumatına görə, dini icma şöbəni qanunsuz hərəkətdə suçlayır.

"Mədh Kilsəsi" Dini İcması "Azərneftyağ" Neft Emalı Zavoduna məxsus ərazidə (Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6) 28 sot yer icarəyə götürüb. Lakin sonradan 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin ərazinin 9 sotunun dini icmadan alınması barədə qərar çıxarıb. Həmin 9 sot ərazidə birmərtəbəli bina da olub. Dini icmanın nümayəndələri həmin 5-6 otaqdan ibarət binada məskunlaşıbmış. Otaqlardan biri iri zal olub. Orada dini icmanın tədbirləri keçirilir, dualar oxunurmuş. Digər otaqlar da müxtəlif məqsədlər üçün istifadə olunub. Maraqlı olduğunu nəzərə alaraq bildirək ki, otaqlardan biri sırf anaların öz körpələrini qidalandırması üçün nəzərdə tutulubmuş.

Məhkəmənin qərarı 2008-ci il avqustun 22-də icra olunub, yəni icmanın əşyaları binadan çıxarılıb. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarını aidiyyatı üzrə Xətai rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsi yerinə yetirib. Lakin şöbəni "aktı düzgün tərtib etməmək və bölgünü düzgün aparmamaq" kimi qanunsuz hərəkətlərdə suçlayan dini icma məhkəməyə müraciət edib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatındadır.

Lent.az-ın əldə etdiyi məlumata görə, məsələ Rusiyanın Azərbaycandakı səfirliyinin nəzarətindədir.

Mövzu ilə bağlı öyrəndiyimiz digər məsələ isə dini icmanın binasına yığılan şəxslərin milliyətilə bağlıdır. Belə ki, icmaya gələnlərin təxminən 90%-i azərbaycanlıdır. Qalanları rus və digər millətlərin nümayəndələridir.

Məsələ ilə bağlı "Mədh Kilsəsi" Dini İcmasından Lent.az-a bildirilib ki, kilsənin rəhbəri - baş pastor Rasim Xəlilov hazırda Azərbaycanda olmadığından hansısa açıqlama vermək mümkün deyil. Lakin həmin əməkdaş bəzi məlumatlar verib. O, dini icmanın 1999-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi, 2002-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alındığını bildirib. O, protestant olduqlarını deyib.
Adətən bu cür təşkilatların icma ilə ünsiyyətdə olan insanlara pul paylaması ilə bağlı məlumatların yayılmasına gəlincə, o, bu cür halların olmasını təkzib edib: "Biz heç kimə pul paylamırıq".

Adının çəkilməsini istəməyən icma nümayəndəsi hazırda Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6 ünvanında çadır quraraq fəaliyyət göstərdiklərini bildirib. O, gələcəkdə kilsə tikmək niyyətlərinin olduğunu da gizlətməyib.

İcmanın qaldırdığı iddia əsasında məhkəmə prosesi martın 4-də davam etdiriləcək.



Yerləşdirilib:3 Mart, 2009  20:00, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com