Culfa rayon Kırna kənd məscidində yanğın baş verib. Kənd sakinlərinin verdikləri məlumata görə, yanğın günün günorta çağı baş versə də əhali bundan gec xəbər tutub. Sakinlərin müdaxiləsi nəticəsində məscidin binasına çox zərər dəyməyib.
Məsciddəki əşyalar, palaz və gəbələr, müxtəlif dini və müqəddəs kitablar yanıb. Yanğının baş verməsinə səbəb elektrik naqillərində qısaqapanmanın olduğu bildirilir.
Qeyd edək ki, Kırna kənd məscidi müstəqillik dövründən məscid kimi fəaliyyət göstərir.