POPULYARXƏBƏRLƏR

Rusiyada dinini dəyişən azərilər

Rusiyada yaşayan soydaşlarımız "Yehova şahidləri" missioner təşkilatına cəlb olunurlar. Tora düşənlər əsasən qadınlardır

Azərbaycanda fəaliyyəti geniş yayılmış "Yehova şahidləri" sektası Rusiyada azərbaycanlıların kompakt yaşadıgı yerlərdə güclü təbliğatla məşğuldur və öz sıralarına kifayət qədər soydaşımızı cəlb etməyi bacarmışdır. Bu barədə "Üç Nöqtə" qəzetinin müxbiri Azərinin hazırladığı reportajı olduğu kimi diqqətinizə çatdırırıq.

Soydaşlarımız missioner təşkilatlara cəlb olunur

Azərbaycanda fəaliyyəti geniş yayılmış "Yeqova şahidləri" sektası Rusiyada azərbaycanlıların kompakt yaşadıgı yerlərdə güclü təbliğatla məşğuldur. Bu missioner təşkilatın təsiri altına saldığı soydaşlarımızın sayı isə günbəgün artır. Sankt-Peterburq şəhərində küçəbəküçə gəzərək, müxtəlif təbliğat vasitələri ilə insanları sektaya cəlb edən missionerlər yerlilərlə yanaşı, burada yaşayan qeyri-rusları da öz toruna salmağa müvəffəq olurlar. Bütün bunları təsadüfən tanış olduğum sekta üzvündən öyrəndim. Söhbət zamanı cəmiyyətin böyük əksəriyyətinin azərbaycanlı olduğunu deyən qadının sözlərinə əvvəlcə şübhə etsəm də, araşdırdıqda narahatlıq doğuran həqiqətlər ortaya çıxdı...

Tora düşən əsasən qadınlardır

...Qadına cəmiyyətlə maraqlandığımı dedim. Özünü Olqa kimi təqdim edən qadının çantasından çıxardıgı kitab, jurnal və broşürlər marağımı bir az da artırdı. "Burada həm rusca, həm sizin dildə kitablar var, oxuyarsan, çox maraqlıdır". Sonra "öz dilinizdə hansı əlifba ilə oxuyursan, kirillə, yoxsa latin qrafikası ilə?" Bu sual artıq təbliğatın hansı səviyyədə getdiyini açıq-aydın göstərirdi.
Qadınla əlaqə saxlamaq, oradakı həmyerlilərimlə tanış olmaq istədiyimi bildirdim. Bir neçə gündən sonra bunları öyrəndim: sekta üzvlərinin toplaşdıgı yalnız bircə ünvanda 70 nəfərdən 50-si, əksəri qadın olmaqla azərbaycanlılardır. Onlarla işləmək üçünsə, xüsusi vəzifəlilər var ki, Azərbaycan dilini yaxşı bilir və səlis danışırlar. Həmçinin, öyrəndim ki, sekta insanları cəlb etmək ücün onlara maddi, tibbi yardım göstərir. Üzvlüyünü qəbul edib, sadiqliyinə and içəndən sonra isə insanlar tədricən bu təşkilatdan asılı vəziyyətə salınır və qarşılarına qoyulan şərtləri yerinə yetirməyə məcbur edilirlər. Məsələn, insanların sektaya cəlb edilməsi üçün hər bir üzvün "payına" müəyyən sayda adam düşür...

Gizli şüar: "Yehovaçılardan başqa hamı məhvə məhkumdur!"

Bu sektanin adı artıq Azərbaycanda hamıya tanışdır. Çünki, bu və onun kimi onlarla missioner təşkilat ölkədə maneəsiz olaraq fəaliyyətdədir və artıq yüzlərlə insanı öz təsiri altına salıb. İlk görünüşdə onlar dini təbliğatla, insanlara maddi, mənəvi, hətta tibbi(?!) yardım göstərməklə məşğuldurlar. Lakin, xristian ölkələrinin əksəriyyətində, o cümlədən Avropada kilsələrin vəziyyətinin bərbad oldugunu nəzərə alsaq, sual yaranır: hansı xristian ölkəsi bu qurumu dininin təbliği üçün maliyyələşdirir? İsrail və Almaniyada nəfis şəkildə cap olunan nəşrlərin hər birinin tirajı 25-40 milyon olmaqla, dünyanın 160-dan çox dilinə tərcümə olunan, milyonlarla audio-video, CD və MP3 variantlarının yayılması hansı maliyyə mənbələrinin işi və hansı maraqların nəticəsidir?
Bu suallarla, sekta ilə bağlı mənbələri araşdıranda ortaya daha maraqlı, eyni zamanda, ciddi məlumatlar çıxır.

Məlumatlara görə, bu sektanın fəaliyyəti Avropa ölkələrinin əksəriyyətində, həmcinin, Amerikada qadağan olunub. Baxmayaraq ki, sektanın maliyyəsi məhz həmin ölkələrdən gəlir və qurum elə ilk dəfə Amerikada yaranıb. Təşkilatın tarixinə nəzər salaq: "Yeqova şahidləri" sektası Nyu-Yorkda amerikalı Carlz Rassel tərəfindən XİX əsrin 70-ci illərindən yaradılıb və fəaliyyətə, özündə dini və siyasi elementləri əks etdirən çıxışlarla başlayıb. İdeologiyasının əsasını isə yəhudi xalqının Fələstinə qaytarılması və digər xalqları özlərinə tabe etmək olub. Gizli şüarlarından biri belədir, "Sekta üzvlərindən başqa hamı məhvə məhkumdur". Bu ideyanın yaradıcısı olmasalar da (bəzi mənbələrdə oxşar ideyanın tarixinin II-III əsrlərə aid olduğu bildirilir), İX əsrdən etibarən Yeqovaçılar tərəfindən həyata keçirilir. İdeyanın davamçısı olaraq, Rassel iddia edib ki, onun zəhməti müqəddəs kitabdan yüksəkdir, özü isə Allah tərəfindən seçilmiş müəllimdir.
1912-ci ildə Şimali Amerika Ştatlarının birində məhkəmə Rasseli ifşa edir. "Müqəddəs kitab"ı əzbər bildiyini iddia edən "müəllim" məhkəmə zalında bu barədə suallara cavab verə bilmir...

Hədəf həm də müsəlmanlardır

SSRİ dağıldıqdan sonra, sözügedən sektanın Rusiyada və MDB ölkələrinə sürətli axınını politoloqlar belə dəyərləndirib: "Kommunistlər yıxılandan sonra Amerikanın bir düşməni qalır - rus pravoslavları". Amma bu gün sektanın həm də müsəlman ölkələrində çiçəklənən fəaliyyəti hədəfin təkcə pravoslavlar olmadığını göstərir. Sektanın üz tutduğu həm də üçüncü dünya ölkələridir. Sovetlər dağılandan sonra isə əsasən "Yeqova şahidləri" kütləvi axını yeni müstəqillik əldə etmiş, iqtisadi cəhətdən zəif ölkələrdə olduğu müşahidə olunur. Bu sırada müsəlman ölkələri daha problemli görünür. O cümlədən, Orta Asiya və Azərbaycan... Demək hədəfdə həm də müsəlman ölkələridir. Onu da qeyd edək ki, qonşu Gürcüstanda fəaliyyəti qadağan olunsa belə, sekta xüsusilə azərbaycanlılar yaşayan bölgələrdə fəaliyyətlərini davam etdirirlər.

"Dövlət öz təhlükəsizliyi üçün bu barədə düşünməlidir"

Azərbaycanda bir sıra qurumlar və din adamları dəfələrlə belə sektaların fəaliyyətinin milli maraqlarımıza təhlukəsi barədə çıxışlar və çağırışlar edib. Hətta bu sektaların xarici ölkələrin, o cümlədən, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə də məlumatlara rast gəlmək olur.
Sankt-Peterburqda fəaliyyət göstərən "Əhli-Beyt" Dini-Mədəni Cəmiyyətinin ruhanisi, ilahiyyat elmləri namizədi Faiq Vəlioğlu Rusiyada həmvətənlərimizin belə sektaların təsiri altına düşməsinə münasibət bildirərkən qeyd edib ki, təkcə Rusiyada deyil, elə Azərbaycanın özündə bu sahədə təhlükəli vəziyyət yaranıb.
F.Vəlioğlunun fikrincə, dövlət öz təhlükəsizliyini qorumaq ücün bu sahəyə diqqət ayırmalıdır. "Dövlətimiz və səlahiyyətli dini qurumlar istər ölkə daxilində, istərsə də xaricdə hər bir vətəndaşının taleyi ilə maraqlanmalı, öz təhlukəsizliyi üçün, vətəndaşınin təhlükəsizliyini qorumalıdır. Bizdə din dövlətdən ayrı olsa da, birbaşa dövlətin təhlükəsizliyi ücün tədbirlər görülməlidir". // Azərin, Üç Nöqtə



Yerləşdirilib:2 Mart, 2009  11:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com