Malayziya məhkəməsi katolik qəzetinə "Allah" sözünü istifagə etmək icazəsi verib. "The Herald" gündəlik katolik qəzetinin baş redaktoru Lourens Endrü deyib ki, bundan sonra qəzet öz səhifələrində "Allah" sözünü işlədə bilər.
Xatırladaq ki, 2008-ci ilin dekabrında Malayziya Daxili İşlər Nazirliyi qəzetə bu sözdən istifadəni qadağan etmişdi. Hakimiyyət nümayəndələri iddia edirdilər ki, "Allah" sözü İslama aid olduğu üçün katolik qəzetində işlədilməsi müsəlmanların hisslərinə toxunur. Lakin L.Endrü məhkəmədə bildirib ki, hələ orta əsrlərdə katolik keşişləri Bibliyanı malayziya dilinə çevirəndə "Allah" sözündən istifadə ediblər.
Qeyd edək ki, 27 milyon əhalisi olan Malayziyanın 60 faizi müsəlman, qalan əhalisi isə katolik və buddustdir.