Fitrə zəkatını kimə ödəmək lazımdır?
Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır.
Əhli-sünnə məzhəblərinin hamısında fitrə zəkatı adi zəkatda müəyyən edilmiş 8 təbə¬qəyə verilə bilər. Qeyd edək ki, cəfəri məzhəbində də seyyid olma¬yan şəxs fitrə zəkatını seyyidə verə bilməz. Amma seyyid seyyidə fitrə zəkatı verə bilər.
Tövsiyə edirik ki, tanımadığınız, fəqir olduğunu yəqin blmədiyiniz adamlara fitrə zəkatı verməyəsiniz. Çünki bəzən bayram günlərində insanların mərhəmət hissindən sui-istifadə edən, maddi yardıma ehtiyacı olmayan adamlar fitrə yığmaqla məşğul olurlar. Həm də tanımadığınız adamın seyyid olub-olmadığını da bilmirsiniz. Fitrə zəkatı adi sədəqə deyil, vacib dini ibadətdir. Buna görə də onu şəriətdə nəzərdə tutulmuş qaydada vermək lazımdır.