POPULYARXƏBƏRLƏR

Elçin Əsgərov: “Astronomlar da, dindarlar da, əhali də başa düşməlidir ki, yeni ayın başlanması astronomik və şəriət baxımdan fərqli kriteriyalara əsaslanır”

Son günlər Ramazan ayının nə vaxt bitəcəyinə dair fərqli fikirlər səslənməkdədir. Vəziyyət isə Şamaxı Rəsədxanaı ilə QMİ arasında yaranan söz savaşı ilə bir qədər də gərginləşib. Məsələyə aydınlıq gətirilməsi üçün islam.az İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərova müraciət edib. Həmsöhbətimiz problemə dair bunları deyib:

- Yeni ayın başlanmasına dair astronomik hesablamalar ilə şəri düşüncə arasındakı fərqə aydınlıq gətirilməlidir. Ayın astronomik hesablamalara görə yenilənməsi ilə şəriətə görə yenilənməsi arasında ciddi fərq var. Bu fərq hər iki tərəfdən nəzərə alınmalıdır ki, belə problemlər meydana gəlməsin. Astronomik hesablamalara görə yeni ay Yer, Ay və Günəş eyni xətt üzrə dayandığı zaman başlayır. Bu zaman Ay görünmür və bu andan sonra Ayın hərəkət etdiyi ilk andan etibarən yeni ay girmiş hesab edilir. İstər Şamaxı Astrofizik rəsədxanası olsun, istər dünyanın hər hansı bir rəsədxanası olsun yeni ayın başlaması deyəndə yalnız bu anı nəzərdə tuturlar. Şəriət baxımından isə, bu hərəkətdən sonra, yəni Yer, Ay və Günəş  eyni xətt üzrə durduqdan sonra Ayın gün düşən tərəfi yerdən göründükdən sonra yeni ay başlamış hesab edilir. Bu isə bütün astronomların dediyi kimi ən tez 16 saatdan, ən geci 72 saata qədər davam edə bilən bir prossesdir. Deməli astronomik yenilənməsindən sonra Ay yerdən hələ 16 saat görünmür. Şəriətə görə yeni ay yalnız gözlə göründükdən sonra başlayır. Bu, dindarların nazı deyil, bu geridə qalmışlıq və ya elmə və yeniliyə qarşı çıxmaq kimi də qiymətləndirilməməlidir. Çünkü Peyğəmbər (s) öz dövründə konkret hesablamalra dayanaraq deyil, yalnız Ayın görünməsi ilə oruc tutmağı tövsiyə edib.  Buna görə də ayın astronomik yenilənməsi ilə şəriət baxımdan yeni ayın gəlməsi ilə bir gün bəzən isə iki gün fərq ola bilər.

Həmçinin nəzərə almalıyıq ki dində və şəriətdə Ayın görünməsi ilə əlaqədar fərqlər də var, məsələn, bəzilərinə görə Ay dünyanın hər hansı bir yerində gözlə görünsə yeni ay başlamış olur, digər nəzəriyyəyə görə isə Ay göründükdə eyni üfüqdəki öləkələrdə yeni ay başlamış hesab edilməlidir. Bu fərqlərə görə Ay yerdən göründükdən sonra belə, fərqli ölkələrdə fərqli günlərdə başlaya bilər. Burada qeyri-adi heç bir şey  yoxdur. Dindarlar da, astronomlar da gülünc vəziyyətə düşməmək üçün bu fərqi başa düşməlidirlər.  Dindarlar astronomları ittiham etməməli, astronomlar da dindarları ittiham etməməlidirlər. Çünkü bunlar tamamilə ayrı-ayrı kriteriyalara əsaslanırlar.

P.S. Toxunduğumuz problemə dair məsələlərlə bu linkdəki məqalədə də tanış ola bilərsiniz:

http://az.islam.az/article/a-109.html



Yerləşdirilib:6 Avqust, 2013  23:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com