Sumqayıt ŞPİ əməkdaşları tərəfindən Betonzavod qəsəbə sakini, radikal dini təmayüllü, əvvəllər məhkum olunmuş İslam Qəniyevin evindən yayılması qanunla qadağan olunmuş 30 adda müxtəlif dini təriqətlərə aid kitab, 2 ədəd buklet və 48 ədəd CD disklər aşkarlanaraq götürülüb.
İ.Qəniyev polisin qanuni tələblərinə tabe olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə protokol tərtib olunub və şəhər məhkəməsi tərəfindən 5 gün müddətinə inzibati qaydada həbs edilib.