POPULYARXƏBƏRLƏR

Sumqayıt Cümə məscidinin axundu: “Niyyətimiz yalnız prezidentə təşəkkür etmək olub”

İyulun 23-də Sumqayıt Cümə məscidində şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun da iştirakı ilə toplantı keçirilib. Toplantıda ölkə prezidentinə məscidin bərpa və təmir olunmasında kömək etməsi ilə əlaqədar təşəkkür edilməsinə baxmayaraq, siyasi kontekstdə çıxış da edilib. Belə ki, toplantıda Azərbaycanın bir neçə müxalifət partiyalarının birləşdiyi Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyovun donuz əti yediyi və bunda qəbahət görmədiyi qeyd edilib.

Bu hadisə ictimai qınaqla üzləşib və yerli KİV-də səs-küy yaradıb. Məsələ burasındadır ki, iyulun 8-də Şeyx QMİ-də toplantı zamanı Ramazan ayı ilə bağlı bəyanat verəndə siyasi şəxslərin məscidlərə müdaxiləsinin qarşısının alınması vacibliyini vurğulamışdı. Bundan başqa o bildirib ki, əgər hansısa məscid siyasi şəxslərin ordan seçki kampaniyası üçün istifadə etməsinə şərait yaradacaqsa, həmin məscidin axundu ciddi cəzalandırılacaq.

Məsələ ilə bağlı Azərbaycan Birlik Təşkilatının rəhbəri Vüsal Hətəmov, QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova və Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarovla əlaqə saxladıq.

Vüsal Hətəmov dedi: “Azərbaycan Birlik Təşkilatı olaraq yerli dindarlar arasında kiçik monitorinq apardıq və bəlli oldu ki, bu addım bir çox dindarlar tərəfindən pislənilir. Onu da deyək ki, orada iştirak edənlərin əksəriyyəti sovet dönəmindən qalmış yararsız mollalardır, nəinki dindarlar. Heç camaat namazında  həmin "dindarları" görə bilməzsiniz. İctimai-siyasi baxımdan da uğursuz addımdır. Ruhaniləri, din adamlarını yaltaq, əlabaxımlı etmək olmaz. Dövlət ayrı, din ayrı. Mən bu məsələdə məscid axunduna bir dindar kimi  üzümü tutub deyirəm ki, belə oyunlara getməsin. Dindarları icra strukturlarının, icra hakimiyyətinin əlində oyuncaq etmək olmaz, dindarları siyasi təxribata çəkmək, siyasi partiyalarla üz-üzə qoymaq olmaz”.

QMİ rəsmisi isə mövqeyini belə ifadə etdi: “Srağagünkü tədbir Sumqayıt şəhər məscidinin dini icmasının təşəbbüsü ilə həyata keçirilib. Yəni məscidlərdə icmalar qanuni formada fəaliyyət göstərir və onların bu və digər şəkildə tədbir keçirmək hüquqları var. Onların ibadət etdikləri məkanda görülən təmir və bərpa işlərində birbaşa dövlət rəhbərliyinin təşəbbüsü olduğu üçün, icma prezidentə təşəkkür etmək  məqsədilə bu tədbiri keçirib. Bildiyiniz kimi İslam dinində hər şey niyyətə bağlıdır. Buna görə də biz bu mərama heç bir etiraz edə bilmərik”.

Rəhimə Dadaşova bildirdi ki, icma üzvləri prezidentə təşəkkürlərini icra başçısının vasitəsi ilə yetirmək istəyiblər və bu məqsədlə də icra başçısını da bu toplantıya dəvət ediblər.

“Bu məsələni şişirtmək əslində doğru deyil. Bəzi mətbuat orqanlarında bizi tənqid edirlər, amma biz öz mövqeyimizdən dönən deyilik. Bizim mövqeyimiz budur ki, məscidə kənar şəxsin icazəsiz gələrək təbliğat aparması yolverilməzdir. Burada isə söhbət qanuni fəaliyyət göstərən icmanın öz iradəsini göstərmək istəməsindən gedir. Dövlət məmurunun tədbirdə iştirak etməsi ilə tədbiri siyasiləşdirmək düzgün deyil. Bu tədbirdə heç bir siyasi təbliğatdan söz gedə bilməz” – deyə Rəhimə xanım vurğuladı.

“Bəs tədbirdə çıxışlar zamanı Milli Şuranın sədri Rustəm İbrahimbəyovun əleyhinə sözlərin deyilməsinə necə baxırsınız?” sualına cavabında mətbuat rəhbəri bildirdi ki, bu mövzu ilə əlaqədar icra hakiminə müraciət edək.

Qeyd edək ki, tədbirin keçirildiyi Sumqayıt Cümə məscidinin axundu nun da mövzu ilə bağlı cavabı QMİ-nin mətbuat xidmətinin rəhbərinin cavabı ilə eyni idi: “Prezidentin göstərişi ilə məsciddə təmir və bərpa işləri aparılıb. Dini icma bununla əlaqədar prezidentə təşəkkür etmək istəyib. Bu məqsədlə şəhər İcra hakimiyyətinin başçısını də dəvət edərək toplantı keçirilib. İndi kimsə çıxışı zamanı siyasi söhbətə də yer veribsə, onun qarşısını ala bilmərik. Bizim niyyətimiz isə tədbirdə yalnız prezidentə təşəkkür etmək olub”.

islam.az


Yerləşdirilib:25 İyul, 2013  23:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com