Orucluq zamanı iynə vurdurmaq və gözə dərman tökmək olarmı?
Oruc tutmuş adamın ağrıkəsici və ya müalicəvi iynələr vurdurması icazəlidir. Amma əksər müctəhidlər qida xarakterli ampulalar vurmağa (məsələn, sistem keçirməyə) icazə vermirlər. Çünki orucluqda qida qəbul etmək olmaz.
Gözə, qulağa dərman damcısı tökməyə gəlincə, bu da qadağan deyil. Amma diqqət yetirmək lazımdır ki, dərman damcıları boğazdan keçib mədəyə daxil olmasın.