Yeni dərslik Hannover şəhərində təşkil edilən təhsil sərgisində təqdim edilib. Qeyd edək ki, Almaniya daxilində tədris edilməsi planlaşdırılan kitabın çapı, keçən il mart ayında təşkil edilən İslam Konfransında qərara alınmışdı. Bir neçə gün bundan öncə isə Oldenbourg Nəşriyyatı yeni dərsliyi çap edib.
Kitabın müəlliflərindən biri Gül Solğun Kaps, məqsədlərini belə açıqlayır: "Kitabın məqsədi, uşaqlara dini kimliklərini formalaşdırmaqda yardımçı olmaq və bir xristian ölkəsində, Müsəlman kimlikləri, Allaha inancları ilə, heç bir təşkilat tərəfindən təsirə məruz qalmadan həyatlarını davam etdirə bilmələrini təmin etməkdir."
Almancada "Mənim İslam Kitabım" mənasını verən "Mein Islambuch" başlığı ilə çap olunan kitab, ibtidai məktəb şagirdləri üçün nəzərdə tutulub.
Kitab hazırlanarkən diqqət yetirilən məqamlardan biri fərqli milliyyətlərdən olan Müsəlman uşaqlara xitab edilməsi oldu. Buna görə də kitabda milli ənənələr deyil, ortaq dəyərlər ön plana çıxarılıb.
Gül Solğun Kaps, hazırladıqları kitabın dinlərarası dialoqa dəstək verdiyini də vurğulayaraq "Kitabda yalnız İslama deyil, Xristianlıq və Yəhudilik kimi dinlərə də yer ayrılıb. Toplumda sülhü və azad həyatı təmin etmək üçün digər dinlərdə nələr öyrədildiyini də uşaqlara anlatmağın böyük əhəmiyyəti var" dedi. // QayNar