POPULYARXƏBƏRLƏR

"Dini liderin dövlətin sədrliyində olması gələcəkdə hakimiyyəti dalana dirəyəcək"

İranın sabiq dini lideri İmam Xomeyninin Baş müşaviri və İran İslam İnqilabının birinci xarici işlər naziri İbrahim Yəzdi (Ebrahim Yazdi) ilə müsahibə

- Keçən həftə, İran inqilabının 30 illiyi qeyd olundu, sizcə inqilabdakı hədəflər nə qədər doğrulub?

- İranda inqilab üç şüarla həyata keçirildi: Azadlıq, müstəqillik və İslam Respublikasının qurulması. Hazırda biz müstəqillik, heç bir xarici hakimiyyət bizə öz maraqlarını diktə edə bilmir. İkinci hədəf azadlıq idi, lakin çox açıq şəkildə deməliyəm ki, azadlıq indi də yoxdur. Üçüncü hədəfə (İslam respublikası) gəldikdə isə, İslam Respublikası qanun çərçivəsində tərif olunub. Buna görə də, o zaman gözlənilən İslam Respublikasının hazırda nə qədər doğruluğunu bəzi faktlarla müəyyən etmək olar. Birinci fakt konstitusiyadır. Konstitusiyasının 3-cü bəndində xalqın hüququ müəyyən olunub, lakin faktiki olaraq pozulur.

- Sizin fikrinizcə, hazırda İran dövlətinin ən böyük problemi nədir və İrana tətbiq olunan beynəlxalq sanksiyaların təsirini necə görürsüz?

- İran İnqilabının ən böyük problemi strukturların doğrulmamasıdır. Hələ də 30 ildən sonra, iqtisadi strukturlar öz yerini almayıb, "respublika" təməlləri möhkəm deyil. İranın nüvə proqramına görə, bu ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalara gəldikdə isə, İranın Qərblə problemləri sanksiyaların tətbiqi ilə həll olunası deyil. İranın neftdən gəlirləri çoxdur və bu səbəbdən Qərbə qarşı müqavimət göstərəcək.

- İranda dini liderin hakimiyyət başında olaraq, tam səlahiyyətli olmasını necə dəyərləndirirsiniz?
- Dini liderin dövlətin sədrliyində olması gələcəkdə hakimiyyəti dalana dirəyəcək. Yeganə yol, inqilab zamanı qəbul edilən konstitusiyaya qayıtmaqdır. Bu konistitusiyanı İmam Xomeyninin özü də imzalamışdı. İnqilabın ilkin konstitusiyasında "dini rəhbər" (Velayat-e Fagih) anlayışı yoxdur.

Bizim İranın hazıkı hakimiyyəti ilə əsas fikir ayrılıqlarımız konstitusiya, insan haqları və demokratiyadan ibarətdir. Biz yenə də qanun çərçivəsində, inqilabın ilkin hədəflərinə zidd olan məsələləri həll etməyə çalışırıq.

- ABŞ prezidentli Barak Obamanın dəyişikliklə bağlı vədlərini necə düşünürsüz? İran-ABŞ münasibətlərinin bərpası mümkündürmü?

- Obama, ABŞ ictimaiyyətində olan dəyişikliyin nəticəsidir. O, dəyişiklik yaratmağa da qərarlı görünür. Bunu nəzərə alsaq, həm İran, həm də ABŞ müzakirəyə hazırlıqlarını bildiriblər, iki ölkə arasında olan buz divarın əriməsinə ümid etmək olar. Bununla bağlı, Tehrandakı İsveçrə səfirliyində ABŞ-ın mənafeyini qoruyan ofisin aktivləşməsi, həmçinin bu ofisdə konsulluq xidmətlərinin göstərilməsi iki ölkənin bir-birinə baxışlarının müsbətləşməsində təsirli ola bilər. // Trend



Yerləşdirilib:16 Fevral, 2009  18:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com