POPULYARXƏBƏRLƏR

MTN radikal dini təmayüllü qrupu zərərsizləşdirib

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü bir qrup şəxs ifşa olunaraq zərərsizləşdirilib.

Nazirliyin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq, Azərbaycanda sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.

Silahlı birləşmənin üzvləri odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak ediblər. Qrupun üzvləri, həmçinin Bakı şəhəri, Nərimanov rayonundakı "Əbu Bəkr" məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində axtarış elan edilmiş "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər.


MTN tərəfindən davam etdirilən intensiv əməliyyat-istintaq tədbirləri ilə silahlı birləşmənin digər üzvləri - Xəlilov Amil Rza oğlu və Alazovi İbadət Məhəmməd oğlu da yaxalanaraq zərərsizləşdiriliblər. Müəyyən edilib ki, silahlı birləşmənin rəhbəri "Abdulla" ləqəbli Azər Misirxanovun göstərişinə əsasən, qrupun üzvü Faiq Cəfərov Samir Mehdiyevlə birgə 2008-ci ilin sentyabr ayında Tovuz rayonuna gəlmiş və burada onu İbadət Alazoviyə təhvil verib. Bundan sonra İbadət Alazovi Samir Mehdiyevi Azərbaycanın "Candargöl" adlı ərazisindən qanunsuz yolla xarici ölkəyə keçirib.

Həmçinin, məlum olub ki, İbadət Alazovi 2008-ci ilin sentyabr və noyabr aylarında Amil Xəlilovla birlikdə, sonuncunun idarə etdiyi "VAZ-21013" markalı avtomaşında çoxlu sayda odlu silahı, o cümlədən qumbaraatan, avtomat və tapançaları, habelə xeyli qumbara və digər döyüş sursatını qaçaq yolla Azərbaycan ərazisinə keçirərək, Balakən rayonunda silahlı birləşmənin üzvü Faiq Cəfərova təhvil veriblər. Beləliklə, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə yuxarıda qeyd olunan şəxslərin cinayət əməlləri və onlar tərəfindən terrorçuluq məqsədilə ölkəyə silah gətirilməsi halları bir daha təsdiqlənmiş, istintaqa verilən ifadələr və digər dəlillərlə sübuta yetirilib.

Əvvəl verilmiş məlumatda göstərildiyi kimi, zərərsizləşdirilmiş silahlı birləşmədən bütövlükdə terrorçular arasında "kamikadze kəməri" kimi adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan 3 ədəd plastid, 1 ədəd 200 qramlıq trotil şaşkası, 2 ədəd "RPQ-7" tipli əl qumbaraatanı və ona aid 5 ədəd mərmi, 2 ədəd döyüş vəziyyətində olan "Muxa" tipli əl qumbaraatanı, 7 ədəd "AKS" tipli avtomat, 2 ədəd "AKSU" tipli avtomat, 1 ədəd "UZİ" tipli avtomat, 1 ədəd "EAQLE" tipli avtomat, 3 ədəd "Makarov" tipli tapança, 1 ədəd "Maqnum" tipli tapança, 1 ədəd "Umareks" tipli tapança, 1 ədəd "Siq Sauer" tipli tapança, 1 ədəd "Fort-14" tipli tapança və ona aid səsboğucu, 1 ədəd "Vinçester" tipli tüfəng, 57 ədəd müxtəlif avtomat silah və tapança üçün dolu daraq, 60 ədəd elektrodetonator, 22 ədəd partlayıcını kənardan elektron idarə etmə qurğusu, 12 ədəd "F-1" tipli əl qumbarası, 11 ədəd "RQD-5" tipli əl qumbarası, 5 ədəd xaricdə istehsal olunmuş əl qumbarası, 25 ədəd qumbara alışdırıcısı, 12 ədəd detonator üçün kapsula, 20 ədəd "KENWOOD" tipli radiostansiya, 10 ədəd siqnal fişəngi, 1 ədəd partlayıcı qurğu üçün nəzərdə tutulmuş saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkarlanaraq, götürülüb.

Göstərilən bütün faktlar üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama) 181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi istintaq olunur.



Yerləşdirilib:16 Fevral, 2009  18:02, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com