Yüz minlərlə müsəlman Məhəmməd Peyğəmbərin (əs) nəvəsi İmam Hüseynin 40-cı yas gününü qeyd etmək üçün İraqın Kərbala şəhərində toplanıb.
Kərbala şəhəri İraqın paytaxtı Bağdaddan 80 km cənubda yerləşir və İmam Hüseyn, eləcə də onun ardıcıllarının qətlə yetirildiyi yer kimi müsəlmanlar arasında müqəddəs ziyarətgahlardan biri hesab edilir. Kərbala şəhəri yaxınlığında 3 gün davam edən hücumlardan sonra isə yüz minlərlə zəvvarın təhlükəsizliyini təmin etmək məqsədilə İraq rəsmiləri təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Xatırladaq ki, cümə günü qadın kamikadzenin törətdiyi partlayış nəticəsində 40 nəfər ölmüş, 80-ni isə ağır bədən xəsarətləri alıb. Partlayış Kərbala şəhərinin 16 km-liyində baş verib. Bundan əvvəl, çərşənbə axşamı və çərşənbə günlərində də terror aksiyaları törədilib. Oxşar insidentlərin qarşısını almaq məqsədilə İraq hərbi komandanlığı əraziyə təxminən 40 min əsgər yerləşdirib. Əsgərlərə zəvvarları "Əl-Qaidə" ilə yanaşı digər terror və ekstremist qruplaşmalardan qorumaq tapşırığı verilib.
Xatırladaq ki, İmam Hüseyn 632-ci ildə qətlə yetirilib./ANS TV/