POPULYARXƏBƏRLƏR

"Fətvanı yalnız Şeyxülislam və Qazılar Şurası verə bilər"

"Azərbaycan şəraitində fətvanın kimlər tərəfindən və necə verilməli olduğunu çoxları bilmir. Halbuki, ölkəmizdə dini rəhbər şeyxülislam olduğundan fətvanı da yalnız o verə bilər. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Qazılar Şurasının da fətva vermək səlahiyyəti var".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilat şöbəsinin əməkdaşı Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, fətva dini baxımdan hər hansısa məsələyə dair verilən hökmdür. Fətva həm də qəti hökmün verilməsini nəzərdə tutur. İslam aləmində fətvanı verən səlahiyyət sahibi imamlardır: "Burada söhbət məscidlərdə namazlara rəhbərlik edən insanlardan yox, dini sahəyə rəhbərlik edənlərdən gedir. Əgər imam zahirdə deyilsə, onların naibləri, yəni müctəhidlər fətva verə bilər. Müctəhidlər isə 1-2 nəfərdən ibarət deyil, onlar çoxdur".

Hacı Fuad bildirir ki, müxtəlif dini sahələrdə müxtəlif fətvalar ortaya qoyula və bir neçə müctəhidlər fətva verə bilər. Bu fətvaları qəbul etmək isə o müsəlmanların boynunda mütləqdir ki, onlar müctəhidlərin təqlidindədir: "Ola bilər ki, bir dəstə insan hansısa müctəhidə, başqa qrup isə digərinə təqlid edə bilər. Bu zaman bir qrupun digər qrupun müctəhidinin verdiyi fətvaya tabe olmaması da mümkündür. Sünni aləmində də müsəlmanlar inandıqları və dini rəhbər kimi qəbul etdikləri insan fətva verə bilər. Onun da fətvası qəbul olunur".

QMİ rəsmisinin fikrincə, dini bayramların və mərasimlərin keçirilməsi zamanı xalq arasında mübahisələr yaranmasın deyə, Qazılar Şurası məsələni müzakirə edərək müvafiq qaydada fətva verir. Müzakirələr nəticəsində çıxarılan fətva iştirakçılar tərəfindən rəsmi sənəd kimi imzalanmalı və möhürlənməlidir.

O ki, qaldı fətvanın hansı hüdudlarda mütləq məna daşımasına, Hacı Fuad bildirir ki, bu məsələdə hansasa çağırışa fikirlər müxtəlif ola bilər. Yəni fətva bütün müsəlmanlar üçün verilirsə, bu, heç də hamının ona əməl etməyə məcbur olması anlamına gəlmir: "Fətvaya əməl edib-etməmək insanların öz ixtiyarına buraxılır. Məsələn, Azərbaycanda dini baxımdan ailənin qurulması məsələsi ilə bağlı fətva verilə bilər. Ancaq insan dini əqidəsinə görə azad olduğundan insan özü istədiyi kimi ailə qurmaq hüququna malikdir".

Bununla belə, Hacı Fuad vurğulayıb ki, demokratik ölkədə insanların dini etiqad azadlığı qanunlarla müəyyən olunur. Onun sözlərinə görə, Azərbaycanda din dövlətdən ayrı olduğundan şeyxülislamın ayrıca və ya Qazılar Şurası vasitəsilə verdiyi fətvalar həm də dövlətin qanunlarına müdaxilə etməməlidir: "Çünki Azərbaycanda müsəlmanlarla yanaşı digər dinlərin nümayəndələri də yaşayır. Onların da dini rəhbərləri var və onlar da öz dini şuraları vasitəsilə Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməyən fətvalar verə bilərlər. Yəni bunların hamısı sırf məscid, ruhaniyyət səviyyəsində, dini çərçivədə verilən fətvalardır".

QMİ rəsmisi bu yaxınlarda Nardaran dindarlarından birinin millət vəkilinə ölüm hökmü çıxarmasına da münasibət bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum Nardaran sakinin fətvasının düzgün olmamasına öz rəyini açıqlayıb. Ancaq o zaman media nümayəndələri QMİ-nin rəyini öyrənmədiyindən bu münasibət geniş çərçivəyə çıxmayıb.

"Mən özüm şahidəm ki, Qafqaz Müsəlmanları İdarəsi bu fətvaya öz münasibətini bildirdi. Amma Nardaranda, Maştağada və ya başqa yerdə bir qrup insanın yığışıb məsciddə, ya haradasa fətva qəbul etməsi qanuna uyğun deyil. Müxtəlif dəstələrin və qrupların fətva vermək ixtiyarı yoxdur, bu, heç bir dini qaydaya əsaslanmır" - deyə, Hacı Fuad əlavə edib.

Hacı Fuad bildirib ki, ayrı-ayrı dindarların verdiyi fətva heç də kütləvi səviyyədə atılan addım deyil və dini qanunlara söykənmir. Amma səhv, yaxud dinə söykənməyən qaydalara uyğun fətva verənin cəzası da yoxdur: "Çünki dində "səhv fətva" anlayışı da yoxdur. Fətva səhv yox, fərqli və ya məqsədli ola bilər. Ona görə də dində hökmləri yalnız hamının qəbul etdiyi imamlar, müctəhidlər verməlidir. Bizdə bu səlahiyyət yalnız Şeyxülislama və Qazılar Şurasına məxsusdur"



Yerləşdirilib:13 Fevral, 2009  19:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com