Gəncədə "Yahova şahidləri"nin sayı çoxalır. Şəhər məscidlərində bu sektadan qorunmaq üçün maarifləndirici tədbirlərə başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov deyir ki, sözügedən sektanın pozuculuq fəaliyyəti narahatçılıq doğurur.
"Əvvəlki illərdə özünü vəhabi kimi təqdim edən qruplar çoxalmışdı. Müşahidələr göstərir ki, 2006-ci ildən etibarən indiyədək "Yahova şahidləri" üzvlərinin sayında 30 faizədək artım müşahidə olunur. Əhali arasında maarifləndirici tədbirlər keçirməyi ən yaxşı çıxış yolu hesab edirik".
Firdovsi Kərimov bu dini sektanın Gəncədəki üzvlərinin əksəriyyətinin qadınlar və uşaqlardan ibarət olduğunu və Gəncədə məskunlaşdıqlarını dedi.