Ramazanın 1-indən fəaliyyətə başlayan Qütb TV-nin ən çox izlənilən verilişlərindən biri də “Minbər”dir. Ramazan boyu hər gün tamaşaçılara təqdim olunması nəzərdə tutulan verilişlərin artıq 7-si izləyicilərin mühakiməsinə çıxarılıb. Lakin məhz tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alaraq Qütb TV “Minbər”in formatını dəyişmək qərarına gəlib.
Belə ki, izləyicilər ilahiyyatçıların Ramazan söhbətlərinin maraqlı olmasını əsas gətirərək verilişlərin qısamüddətliliyini bəyənməyiblər. Qarşısına tamaşaçıların zövqünə uyğun fəaliyyət göstərməyi əsas məqsədlərdən biri kimi qoyan Qütb TV də bu tövsiyyələri nəzərə alıb. İzləyicilərimizin diqqətinə çatdırırıq ki, artıq “Minbər” verilişi hər gün deyil, həftədə 1 dəfə təqdim olunacaq. Amma verilişin efir vaxtı əvvəlki kimi 7-10 dəqiqə deyil, daha çox olacaq.