POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadə: "612 min dollar borcumuz var"

"Təyyarə ilə həyata keçirilən Həcc ziyarətində böyük çətinliklərlə qarşılaşırıq. Bakıdan Məkkəyə birbaşa təyyarə reysi olmadığından bu yol bizə real qiymətlərdən təxminən 30-40 faiz baha başa gəlir. Biz isə məcbur olub depozit götürürük. Hazırda təyyarə reysləri üçün banka 612 min dollar borcumuz var. Həmin pulları banka qaytarmaq lazımdır". Bu sözləri Həcc ziyarətinin yekunları ilə bağlı APA-ya verdiyi açıqlamada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə deyib. Şeyxin sözlərinə görə, ötən dəfə 1 nəfərin təyyarə bileti 2600-2700 dollara başa gəlib. Yaranan çətinliyi dövlət başçısının göstərdiyi kömək sayəsində aradan qaldırmaq mümkün olub. A.Paşazadə hazırda problemdən çıxış yolu axtardıqlarını deyib: "Növbəti dəfə məcbur olub İran, Suriya yaxud da Səudiyyə Ərəbistanı ilə müqavilə bağlayacağıq ki, onların vasitəsi ilə uçuşları həyata keçirə bilək. Bu ölkələrdən birinin xidmətlərindən istifadə edə bilsək, depozit götürməyə ehtiyac olmayacaq, bundan başqa bəzi əlavə xərclər də ortaya çıxmayacaq".

A.Paşazadə zəvvarların artıq vaxt itirmələrinə səbəb olan bəzi çatışmazlıqların da aradan qaldırılması istiqamətində iş aparıldığını bildirib: "Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinə gələn 1 zəvvar üçün təxminən 280 dollar məbləğində sığorta pulu alır. Biz istəyirik ki, zəvvarlar həmin sığorta pulunu bəri başdan özləri banklara ödəsinlər. Bu baş tutsa, sərhəd keçid məntəqələrində artıq gözləmələr də aradan qalxacaq". QMİ sədri deyib ki, həlli vacib məsələlərdən biri də avtobuslarla bağlıdır: "Bu il avtobuslarda yaranan çətinliklər məndə şəkər xəstəliyinin əmələ gəlməsinə səbəb olub. Hansısa avtobusda kiçik problem yarandığını eşidəndə, həmin an səhhətim pisləşirdi. Bilirsiniz, Azərbaycanın elə potensialı yoxdur ki, bu işə birdəfəlik 100 avtobus ayıra bilsin. Dövlətin ayırdığı avtobuslar az sayda olur, kənardan gətiriləndə isə baha başa gəlir. Zəvvar aparan hər avtobusda yerlərin yarısından istifadə etməyimizə baxmayaraq, sürücülər bizdən bütün yerlərin pulunu alırlar. Əgər avtobus problemini həll edə bilsək, zəvvarlarımız heç bir çətinliklə üzləşməyəcəklər". QMİ sədri bəzi problemlərin yaranmasını isə azərbaycanlı zəvvarların dözümsüzlüyü ilə əlaqələndirib. Onun sözlərinə görə, çox vaxt azərbaycanlı zəvvarların mənəvi hazırlıq səviyyəsi də aşağı olur: "Burada söhbət əqidədən gedir. Məsələn, İranda hər yüz adama bir rəhbər təyin edirlər, mən isə hər iyirmi adama bir başçı qoymuşdum. Bizimkilər sözə baxmır, deyiləni eləmirlər. Məsələn, zəvvara deyəndə ki, ehramın altından heç bir şey geyinmək olmaz, bunu başa düşmürlər. Adam var ki, ehramı cins şalvarla geyinir. İnanın ki, hətta özbəklər və tatarlar azərbaycanlılara nisbətən ziyarətə daha hazırlıqlı və dözümlü olurlar". Şeyx, gələn il Həcc ziyarətinə İraq ərazisindən keçməklə gediləcəyini də istisna etməyib. Onun sözlərinə görə, hazırda bu sahədə danışıqlar aparılır: "İstəyirik ki, gələn il zəvvarlar Həcc ziyarətinə Kərbəla yolu ilə getsinlər. Ancaq həmin vaxt İraqdakı ictimai sabitliyi də nəzərə alacağıq. Onlar bizim təhlükəsizliyimizə təminat versələr, gələn il zəvvarlar ziyarətə İraqdan gedəcəklər". QMİ sədri zəvvarların Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanı ərazisində qarşıladıqları çətinliklərə də toxunub. O bildirib ki, müqəddəs yerlərin ziyarəti zamanı sıxlığın yaranmasının səbəbi bəzi dövlətlərin ayrılan kvota ilə kifayətlənməməsidir: "Hər dövlətə Həcc ziyarətində iştirakla bağlı kvota qoyulub. Həmin kvotadan kənara çıxmaq olmaz. Buna baxmayaraq, İran, Türkiyə və İndoneziya kimi dövlətlər nəzərdə tutulandan çox adam aparırlar. Bu isə Səudiyyə Ərəbistanını çətinliklər qarşısında qoyur. Bilirsiniz, Səudiyyə Ərəbistanı Krallığı çox varlı dövlətdir və zəvvarların qarşılaşdıqları çətinliklər qısa müddətdə aradan qaldırıla bilər. Lakin bu ziyarət zamanı insanın çəkdiyi əziyyətlərin savabı böyükdür. Əgər müasir standartlara uyğun şərait yaradılarsa, onda hansısa istirahət düşərgəsinə getməklə bu ziyarətə getməyin arasında fərq olmaz. Mən özüm ziyarət etdiyim zaman bu çətinliklər çəkməyi çox istəyirəm". A.Paşazadə, həmçinin müqəddəs ziyarətgahlarda aparılan elementar dəyişikliklərin və müasirləşdirmənin müsəlmanların ciddi narazılığına səbəb olduğunu deyib: "Bu ziyarətgahlarda müasirləşdirmə aparmaq namazı azərbaycanca qılmaq istəyi kimi bir şeydir. Söhbət burada mahiyyətin və orijinallığının qorunub saxlanmasından gedir".



Yerləşdirilib:16 Fevral, 2006  22:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com