Nazirlər Kabineti (NK) "Qurban, Novruz və Ramazan bayramları haqqında" qərar qəbul edib. Bu barədə APA-ya NK-nin mətbuat xidmətindən məlumat verilib. Qərara əsasən, 2006-cı ildə Qurban bayramı yanvarın 10-da və dekabrın 31-də, Novruz bayramı martın 20-21-də, Ramazan bayramı isə oktyabrın 23-də qeyd olunacaq. Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, həmin günlər iş günü sayılmır.