Müflis olmaq istəmirsinizsə…

Əbu Hureyrədən belə rəvayet edilib: “Peyğəmbər (s) buyurub ki, “Bilirsinizmi müflis kimdir?”. Səhabələr dedilər ki, “Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır”.

Cavab olaraq Rəsulullah (s) belə buyurdu: “Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüşdür. Odur ki, onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklətilir və sonra o kəs Cəhənnəmə atılır”.

Əgər müflis olmaq istəmirsinizsə, insanların haqlarına hörmət edin, onlara pislik etməyin, onların vicdan və heysiyyətini alçaltmayın, onların malını haqsız olaraq yeməyin, iftira atmayın və qeybət etməyin!


Yerləşdirilib:9 Yanvar, 2013, Baxılıb:4278, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com