Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Beynəlxalq Jurnalistlər Federasiyası"nın nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ tənzimlənməsi məsələsinə toxunub.
İslam.az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə “Rusarminfo” məlumat yayıb.
“Qarabağla bağlı həll yolu tapmaq üçün səy göstəririk. Rusiya öz təsirindən istifadə edərsə, bu məsələni həll edəcəyik", - o, bildirib.
Mövlud Çavuşoğlu 2020-ci ildə Türkiyənin Dağlıq Qarabağ tənzimlənməsi məsələsinə önəm verəcəyini də əlavə edib.