Çinin Hubei əyalətində koronavirus nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.
Bu barədə yerli Səhiyyə Komitəsi məlumat yayıb.
Vilayətdən bildirilir ki, virusdan 37 yeni ölüm halı qeydə alınıb, 1032 yeni yoluxma təsdiq olunub.
Gün ərzində 10 nəfər xəstəxanalardan evə buraxılıb.