Əfqanıstanda radikal “Taliban” qruplaşmasının silahlılarının nəzarət-buraxılış məntəqəsində hücumu nəticəsində azı 10 polis öldürülüb.
Bu barədə “Ariana News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində baş verib.
Öz növbəsində “Pajvak” agentliyi 18 nəfərin öldüyü barədə məlumat verib.
Hələlik başqa məlumat verilmir.