ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.
Bu barədə “Al Arabiya” telekanalı bildirib.
Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.
Səfirliyinin ərazisinə atılan raketlər nəticəsində azı üç nəfər xəsarət alıb.