İraq paytaxtı Bağdadda ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edən izdihamlı etirazlar fonunda Müqtəda Sədr əcnəbi qüvvələrin çıxarılmasını, onların hərbi bazaları və təhlükəsizlik şirkətlərinin bağlanılmasını tələb edib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Bağdadda ABŞ qvvələrinin çıxmasını tələb edən etirazlar fonunda Müqtəda Sədr də bəyanat verib.
O, bu bəyanatda ABŞ qüvvələrinin çıxması üçün bütün dinc vasitələrin işə salınacağını, bu qüvvələrin çıxmayacağı təqdirdə onlarla işğalçı və təcavüzkar qüvvələr kimi rəftar ediləcəyini bildirib.
Qeyd edək ki, Sədr İraq parlamentində ən böyük siyasi cinah "Sairun" fraksiyasının lideridir. O, ötən həftə ABŞ qüvvələrinin ölkədən çıxması üçün izdihamlı etiraz aksiyalarının keçirilməsini istəmişdi.
Qeyd edək ki, Qasim Süleymani, Haşd-Şabinin rəhbər müavini Əbu-Mehdi əl-Müəhəndis və onlarla birgə 8 iraqlı və iranlı hərbçinin ABŞ tərəfindən terror edilməsindən sonra, ölkə parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib.