Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) dəstəyi ilə, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış  “Qısa İslam Ensiklopediyası : İslama dair 1001 termin və xüsusi ad” adlı üç cildlik ensiklopediyanın 1-ci cildinin təqdimat mərasimi keçirilmişdir.

Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və www.islam.az saytının informasiya dəstəyilə, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi tərəfrindən 2011-ci ildə işlənib hazırlanmış və bu il ilk cildi nəşr edilmişdir.
Adı çəkilən ensiklopediya digər ölkələrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud ensiklopediyalardan tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanmış, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılmışdır.

Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanmışdır. 1-ci cilddə yalnız İslama aid  əsas terminlər əks olunmuş, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid bəzi digər xüsusi adlar daxil edilmişdir. İlkin iki cilddə 1001 termin və xüsusi ad əhatə olunmuşdur. Sonradan ensiklopediyaya 3-ci cild əlavə edilmişdir ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqda məlumat verilir.

Kitab İslam haqda bütün ilkin məlumatları əhatə edərək daha çox geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaqdır.

Qeyd edək ki, ensiklopediya əsasən islam.az saytının müəllif heyəti tərəfindən hazırlanmışdır.

Kitabı əldə etmək istəyənlər (055) 4288860 saylı telefonla əlaqə saxlayıb, kitabdan ala bilərlər.

Qiyməti: 10 AZN

 

 

Состоялась презентация первого тома трехтомной книги «Краткая энциклопедия Ислама: 1001 термин и специальные названия по Исламу» (Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad).

Книга, изданная на азербайджанском языке при авторстве восьми местных учёных, была подготовлена Центром религиозных исследований по заказу Молодежного форума Исламской Конференции за диалог и сотрудничество и при информационной поддержке сайта www.islam.az.
Энциклопедия полностью переработана, написана с учетом религиозных традиций, существовавших в нашей стране на протяжении истории.

Первый том, который насчитывает 320 страниц, охватывает всю основную информацию об исламе и предназначен как для специалистов, так и для широкой читательской аудитории.

Книга вносит ясность во все вопросы исламской религии, а также термины и специальные названия.

В первом томе были отражены основные термины по исламу, во втором — имена первых богословов и некоторые специальные названия, относящиеся к истории данной религии. Два первых тома включали 1001 термин и специальные названия по исламу. Впоследствии к энциклопедии был добавлен третий том, в котором содержится информация о существовавших в истории ислама течениях, школах и великих ученых-теологах.

Книга напечатана в издательстве «Наука и образование» (Elm ve Təhsil). Планируется, что другие два тома энциклопедии будут представлены широкой читательской аудитории в ближайшее время.
Приобрести книгу вы можете позвонив по номеру: (055) 4288860

Цена 10 АЗН

© 2021 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com