Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
(Ənam, 32)
Allah Quranda dəfələrlə bəndələrinə xatırladır ki, axirət bu dünyadan daha üstün, daha dəyərlidir, dəfələrlə axirəti bu dünyaya satmamağı tövsiyyə edir. Eyni zamanda buyurur ki, “dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir”. Bəs Allahın yaratdığı, insanın xidmətinə verdikləri barədə düşünmüşükmü? Ümumiyyətlə, Allahın bu qədər dəyər vermədiyi dünyamız haqqında nə bilirik? Gəlin özümüzü, planetimizi bəşər övladının son elmi nailiyyətləri prizmasından dəyərləndirməyə çalışaq. Beləliklə...
Bu bizim yaşadığımız Yer planetidir

Bu şəkildə isə bizim Günəş Sistemindəki yerimiz əks olunub.

Miqyasda Yerlə Ay arasında məsafə. Elə də böyük təsir bağışlamır, deyilmi?

Hərçənd bir də düşünməyə dəyər. Bu məsafədə Günəş Sisteminin bütün planetlərini səliqəli ardıcıllıqla yerləşdirmək mümkündür.

Burda isə Yerin ölçüləri Saturn planetinin ölçüləri ilə müqayisə edilir.

Planetimiz Saturnda olduğu kimi halqalara malik olsaydı, onlar Yerin müxtəlif guşələrindən belə görünərdilər.

Planetimizin Günəşlə müqayisəsi möhtəşəmdir. Bir baxın.

Marsdan isə planetimiz belə görünür.

İndi isə Saturndan Yerə nəzər salaq.

Günəş Sisteminin sonundan isə planetimiz belə görünür.

Yerlə Günəşin ölçülərinin müqayisəsi. Heyrətləndiricidir...

Bu isə Marsın səthindən Günəşin görüntüsü.

Amma bu hələ harasıdır? Deyilənlərə görə ulduzların sayı bütün Yer planetinin sahillərində olan qum dənələrinin sayından daha çoxdur.

Özü də bizim kiçik Günəşdən dəfələrlə böyük ulduzlar var. Görün bir Böyük İt bürcündəki ulduzla müqayisədə Günəş nə qədər kiçik görünür.

Amma onların heç biri qalaktika ilə müqayəsəyə gələ bilməz. Günəşi qanın ağ hüceyrəsi ölçülərinə qədər kiçiltsək və elə bu miqyasda da Samanyolu Qalaktikasını kiçiltsək, sonuncunun ölçüləri ABŞ ərazisinə bərabər olacaq.

Samanyolu çox nəhəngdir. Biz hardasa burdayıq.

Amma bizim görə bildiklərimiz çox məhduddur.

Bu foto isə “Habbl” teleskopundan çəkilib. Burda minlərlə qalaktika var, hərəsi də milyonlarla ulduzdan və planetlərdən ibarətdir.

Özü də bu Kainatımızın kiçik bir hissəsidir.

İndi isə bir daha... Bu bizim evimizdir.

Bu bizim evimizin Günəş Sistemindəki əksidir.

Miqyası kiçildəcəyimiz təqdirdə belə bir görüntü alınacaq.

Sonra isə...

Davam edək...

Bir qədər də irəli gedək...

Lap az qaldı...

Bu da son.

Müşahidə edə biləcəyimiz Kainat məhz budur. Və bu Kainatda bizim yerimiz. İndi hər kəs özü müqayisə etsin və... bir daha xatırlayaq: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”.
Əgər Allah insanın hüdudlarını təsəvvür edə bilmədiyi kainatı yaradıb və buna bir dəyər vermirsə, o zaman Allahın dəyər verdiklərinin əzəməti nə qədərdir? Təbii ki, bu da insanın qavrama qabliyyəti xaricindədir. Yaradılan Yaradanını heç vaxt dərk edə bilməz.