Atalar və övladlar

Əgər atanın qəlbini qırsan...

Məşhur övliyalardan və alimlərdən olan Həsəni-Bəsri həcc mövsümündə Kəbənin ətrafında təvaf edirdi. Bu zaman çiynində zənbil daşıyan bir nəfəri gördü.

Yaxınlaşıb ona dedi: “Qardaş, niyə özünə əziyyət verib, ağır zənbillə təvaf edirsən? Zənbili bir kənara qoyub rahat təvaf et, sonra get zənbili götür”. Həmin adam cavab verdi: “Bu zənbilin içindəki adi yük deyil. Qocalıb əldən düşmüş atamı bu zənbilin içinə qoymuşam. Yeddi ildir ki, hər həcc mövsümündə onu çiynimə alıb Şamdan Məkkəyə gətirirəm, çiynimdə təvaf etdirib evimizə qaytarıram. Çünki mənə İslamı öyrədən, şəriəti başa salan atam olub. Istəyirəm ki, o da hər il həccin savabını qazansın”.
Gözləri yaşarmış Həsəni-Bəsri dedi: “Allah bu işinin əvəzini versin. Amma bil ki, əgər Qiyamət gününə kimi atanı çiyninə alıb gəzdirsən də, hər il Məkkəyə gətirib həcc etdirsən də, bununla belə, bircə dəfə acı sözlə, kobud hərəkətlə onun könlünü qırsan, qazandığın bütün savabları itirərsən”.

O, atamın dostunun oğlu idi
Səhihü-Müsimdə yazılıb ki, ikinci xəlifənin oğlu Abdullah ibn Ömər həcc niyyətilə Mədinədən çıxıb Məkkəyə gedirdi. Karvanda kirayə etdiyi dəvənin belində yol getməkdən yorulanda öz uzunqulağının tərkinə minir, əlindəki dəsmalı başına tutub gündən qorunurdu. 
Bir dəfə yenə bu şəkildə yol gedərkən, bir piyada bədəvi ərəb onun diqqətini çəkdi. Abdullah həmin bədəviyə yaxınlaşdı, soruşdu: “Sən filankəsin oğlu deyilsənmi?” Həmin adam təsdiq edib dedi: “Bəli, onun oğluyam”. Abdullah bunu eşidən kimi uzunqulağın belindən düşdü, heyvanı o adama təslim edib tərkinə minməsini xahiş etdi. Əlindəki dəsmalı da ona verdi ki, gün istisindən qorunmaq üçün kölgəlik kimi istifadə etsin. Özü isə kirayələdiyi dəvənin belində yoluna davam etdi.
Yanındakılar bu hərəkəti ona irad tutub dedilər: “Niyə öz rahatlığını itirdin? O adam sıravi bədəvidir. Niyə uzunqulağı da, dəsmalı da ona verdin?” Abdullah cavab verdi: “Allahın Rəsulundan eşitmişəm ki, yaxşı əməllərin ən yaxşısı odur ki, adam öz mərhum atasının dostlarının ailə üzvləri ilə rabitə saxlasın, onlara xidmət etsin. Bu adamın atası ilə mənim atam dost idilər”.

Sən yanımda olanda hamıdan güclü oluram
Axşam idi. Ata yatmağa hazırlaşan balaca oğluna xeyirli gecələr arzulamaq üçün onun otağına gəlmişdi. Oğlunun hər gecə özü ilə yatağa apardığı oyuncaqlara gözü sataşdı. Boy-buxunlu, qüvvətli pəhləvan simasında olan bu oyuncaqları uşaq çox sevirdi. Ata oğlunun gücünü yoxlayırmış kimi, qolunun əzələlərini sığalladı, sonra onu qucaqlayıb soruşdu: “De görüm, güləşsək, sən qalib gələrsən, ya mən?” Uşaq şıltaq səslə cavab verdi: “Mən qalib gələrəm”. Ata sualını bir də verdi, eyni cavabı aldı. Əyilib oğlunun üzündən öpdü, “gecən xeyrə qalsın” deyib qalxdı. Otağın qapısına çatanda bir daha geri dönüb sualını təkrar etdi: “Deməli, güləşsək, sən yıxarsan, hə?” Bayaqkı sözü gözlədiyi halda, bu dəfə fərqli cavab eşitdi: “Yox, ata, sən yıxarsan”. Ata heyrətlə soruşdu: “Niyə? Bəs bayaq deyirdin ki, sən qalib gələrsən? Indi niyə fikrini dəyişdin?” Uşaq sevgi dolu gözlərini qıyaraq cavab verdi: “Bayaq soruşanda məni qucaqlamışdın. Sən yanımda olanda mən özümü hamıdan güclü sayıram, hətta səndən də”.


Yerləşdirilib:13 Aprel, 2013, Baxılıb:5456, Çap
 

Son şərhlər : 8
Müəllif: Asya | 13 Aprel, 2013  15:10
# Ответить
+14


]]>]]>

Hər bir övlada şərəf şöhrət ilə şan Atadir,
Başa tac qəlbə fərəh taxta Süleyman Atadir.
Müəllif: Ruqeyye | 13 Aprel, 2013  16:49
# Ответить
+11


]]>]]>

Allah razi olsun cox menali hekayedir.oxuduqda gozlerm doldu ehsen size Allah razi olsun burda eziyyet cekenlerden
Müəllif: GUN | 14 Aprel, 2013  18:13
# Ответить
+8


]]>]]>

SALAMELEYKUM.ALLAH razi olsun cox saq olun cox gozel meqalelerdi,heqiqetende beledir ata evlada arxa dayaqdi ana ise evladin sanki ureyidi...ATA evladina guc quvvet verir ANA heyata,insanlara sevgi vermeyi oyredir...ALLAHIMA CANIM feda olsun nece gozel yaradib bu qeder hikmet sahibidir sozle ifade etmeye bele sozum yoxdu Rebbimi.......ELHEMDULLILAH ALLAH hec bir evladi valideyinsiz valideyinleride evladsiz qoymasin AMIN!
Müəllif: aynur | 15 Aprel, 2013  23:07
# Ответить
+5


]]>]]>

usax balaca oland anaya ataya ehtyace oldugu kimi ana ata cogalanda oblada ehtiyace olur
Müəllif: Nermin | 16 Aprel, 2013  18:57
# Ответить
+6


]]>]]>

EN COX SONUNCUNU BEYENDİM MEN DE ELEYEM ATAM YANİMDA OLANDA EN GUCLUYEM
Müəllif: Sema | 18 Aprel, 2013  12:59
# Ответить
+5


]]>]]>

Bu hekayelerden cox tesirlendim heqiqeten ibret vericidir! Umud ediremki mende daxil olmaqla insanlar bezi buraxdiqi sehvleri basa duser! Insallah on zaman da cox gec olmaz!
Müəllif: GULNAR | 21 Aprel, 2013  09:35
# Ответить
+2


]]>]]>

ALLAH hec bir uwagi valideyinsiz elemesin......AMIN..
Müəllif: Lale | 30 Aprel, 2013  22:30
# Ответить
+1


]]>]]>

Allah sizden razi olsun, men atami cooooxxx isteyirem, anamida hemcinin, Allah hec kimi valdiyensiz qoymasin,ve valideynlerimizi bawimizdan eksik etmesin,her zaman yanimizda olsunlar.Cox maraqli meqaledi,
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2021 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com